Mən Asəf Baxşiyev, Bakhshiyev studio təsisçilərindən biriyəm. 10 ildən artıqdır ki dizayn sahəsində professional olaraq çalışıram. Desəm ki, işimin vurğunuyam - heçne deməmiş olaram!
2013-cü ilin may ayında studiyanın yaradılmasına qərar verildi. Hal-hazırda şirkət 2-3 elit dizayn şirkətlərindən biridir və gələcəkdə də bu yolda davam etmək niyyətindəyik.

Düşünürəm burada sevdiyim kitabdan - "Stiv Cobs"-dan sitat yerinə düşər: "Məni nə motivasiya edir?!" Düşümürəm, yaradıcı insanların əksəriyyəti sələflərin onlardan öncə yaratdıqlarından istifadə etdikləri üçün daima təşəkkür etmək arzusunda olurlar. Məsələn, mən yeni dil və ya riyaziyyat kəşf etməmişəm, lakin onlarsız həyatı təsəvvür edə bilmirəm. Mən çox nadir hallarda özümə yemək bişirirəm, paltarlarımın heç birini mən tikməmişəm. Etdiyim hər bir şey, digər fərdlərdə asılıdır - biz onlara əsaslanırıq. Və bizlərdən bir qism insanlar öz töhfələrini vermək istəyir, insanlara öz borcunu qaytarmaq, axına nə isə əlavə etmək. Hər kəs öz qabiliyyətləri çərçivəsində yaradır: və biz həmən bacarıqlarımız sayəsində öz dərin hislərimizi, bizə qədər yaradılmış hər bir şeyə görə minnətdarlığımızı və insanlıq daxılına özümüzün bəhrəsini verməyə can atırıq. Budur mənim motivasiyam!" (c)

 

Instagram Twitter Facebook