Savage Couture-un hər bir dizaynında Berni De le Kouna fakturalarla təcrübələr apararaq ənənəvi üsullarla istehsal olunan parçalarla yeni bədii təsvirlər yaradır.

     Savage Couture - Berni de le Kuonanın səyahət və dəblə bağlı ideyalarının vəhdətindən yaranan kolleksiyadır. Təbii fakturalı kətan və heyrətamiz "kütur" parçalar vahid interyerdə öz aralarında dərin harmoniya yarada bilir. Bunu şirkətin dizaynerləri Parisin Nikolas Deman adlı sərgisində peşəkarcasına nümayiş etdirə bildilər.
 
 
     Berni de le Kuonanın əksər dizaynerləri pret-a-porterin trend nümayişlərindən cəlb edə bilib. Buna görə də Savage Couture dəbli çalarları və qəliz fakturları ilə seçilir, hansılarki daha çox paltar dizaynerləri tərəfindən tərtib olunur. Kolleksiyanın ən gözəgəlimli dizaynı - Persia - Chanel-in klassik gödəkcələrinin stilində olan xüsusi növ ipək və yun iplərdən toxunmadır. Cleopatra - ipəkdən və kətandan ibarət parçadünyanın ən gözəl podiumlarında rastlaşacağınız yerlə toxunan ən heyrətamiz donları xatırladır.
 
 
     De le Kuona kətanın istehsalı və istifadəsində xüsusi texnologiyası ilə çox məşhurdur.Bu il də kətan parçaların müxtəlif faktura və çalarlarının nümayişi istisna olmadı ki, bu da yeni kolleksiyanın özəyini təşkil edir. Savage Couture hər bir dizaynında Berni de le Kuonanın fakturalarla təcrübələr apararaq ənənəvi üsullarla istehsal olunan parçalarla yeni bədii təsvirlər yaradır.